Daxili İşlər Nazirliyi (DİN) Cəlilabad rayonu ərazisində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, martın 12-də saat 12 radələrində Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində Saleh Məlikovun idarə etdiyi “VAZ-2107” və X.Rəhimovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.
Nəticədə S.Məlikov və sərnişinləri - Elçin Kərimov, onun həyat yoldaşı Gülnarə, Şura İmanova, onun qızı Gültəkin hadisə yerində ölüb, digər sürücü və 2 sərnişini xəsarət alıb, vəziyyətləri orta-ağırdır.
Cəlilabad Rayon Polis İdarəsində araşdırma aparılır.