Ötən gün yol qəzalarında 4 piyada həyatını itirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, martın 13-də saat 22 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində R.Qəhrəmanov idarə etdiyi “London Taxi” markalı avtomobillə yolun kənarında piyada paytaxt sakinləri Nurlan Hümbətovu vurub, sonra orada dayanmış “Mitsubishi” markalı avtomobillə çırpılıb. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Martın 13-də saat 4 radələrində Sumqayıt şəhəri ərazisində Ə.Nəcəfov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub, piyada hadisə yerində ölüb.
Həmin gün saat 18 radələrində Binəqədi rayonu ərazisində X.Davıdov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Mətləb Səfərovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda vəfat edib.
Eyni gündə saat 20 radələrində Sumqayıt şəhəri ərazisində E.Bəkirov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 30-35 yaşlı qadını vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Qəzaların hər biri ilə bağlı araşdırma aparılır.