Müğənni Zahidə Günəş "Elgizlə izlə" proqramına qonaq olub.
"Unikal" xəbər verir ki, o, verilişdə anasından ona qalan mirasdan danışıb.
"6 uşağıq, böyük qardaşım rəhmətə getdi. Anam bacımgildə rəhmətə getdi. Oğlu məni çağırdı ki, nənə özünü pis edirdi, çantanı verib ki, sənə verək. Mənə verməyə də bilərdilər, götürərdilər. Çantanı götürdüm, qoydum kənara. Rayondakı böyük mülkümüzün açarını da mənə verdilər. Şəkillərimizin arasında anamın vəsiyyətini tapdıq. Evi bir bacıma və mənə verdi. Qardaşım və bacılarım dedi ki, evin balacasısan, heç nədə gözümüz yoxdur. Evi də, brilyantlar da mənə qaldı. Satdım, Bakıdan ev aldım. Pandemiyada da qızılları satdım. Azərbaycandan kənara çıxmadım, burada qaldım", - deyə müğənni bildirib.