Türkiyənin ən reytinqli seriallarından biri olan "Mahkum"da növbəti ayrılıq yaşanacaq.
"Unikal" xəbər verir ki, serialda "Cemre"obrazına həyat verən aktrisa Seray Kaya ekran işinə vida edəcək.
Belə ki, aktrisa 2 həftədən sonra layihədən ayrılacaq.
Qeyd edək ki, serialın baş rollarını Onur Tunayla İsmail Hacıoğlu paylaşır.