Qazaxıstanın "Kayrat" klubunun Müşahidə Şurasının sədri Kayrat Boranbayev Alma-Ata şəhərində saxlanılıb.
"Unikal" "KazTAG"a istinadən xəbər verir, Boranbayev maliyyə monitorinqi agentliyinin əməkdaşları tərəfindən saxlanılıb.
İş adamı hazırda müvəqqəti saxlama təcridxanasındadır. Yaxın vaxtlarda Boranbayevin barəsində istintaq-əməliyyat tədbirləri həyata keçiriləcək.