Fransa prezidenti Emmanuel Makron Rusiyanın “Birinci Kanal”ının redaktoru Marina Ovsyannikova sığınacaq verməyə hazır olduğunu bildirib.
"Unikal" xəbər verir ki, dövlət başçısı Fransanın qərbində ukraynalı qaçqınlara yardım mərkəzinə səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə Marina Ovsyannikovanın işini şəxsən müzakirə edəcəyini bildirib.
Qeyd edək ki, BMT də jurnalisti dəstəkləyib və Rusiya hakimiyyətini onu repressiyalara məruz qoymamağa çağırıb.