Noyabrın 12-də Prezident Administrasiyasının rəhbəri, COP29-un Təşkilat Komitəsinin sədri Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində iştirak edən nümayəndə heyətlərinin şərəfinə ziyafət verib.

“Unikal" xəbər verir ki, ziyafət Heydər Əliyev Mərkəzində keçirilib.