"Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar çox tezliklə bitəcək".
"Unikal" xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Bakıda BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) sessiyasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
"Bizə həm Avropa İttifaqı, həm də ABŞ ilə münasibətlərin keyfiyyətcə yenidən qurulması lazımdır. Tezliklə Ukraynada müharibə başa çatacaq və Gürcüstanın həm Aİ, həm də ABŞ ilə münasibətlərini bərpa etmək üçün hər cür şərait yaradılacaq", - Kobaxidze deyib.
Ağarza Elçinoğlu