İsrail Ukrayna vətəndaşları üçün yeni giriş qaydaları müəyyən edib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfirliyinin yaydığı məlumatda deyilir.

"Ölkəyə daxil ola biləcək 5 min Ukrayna vətəndaşı üçün kvota müəyyən edilib, İsrail isə tələb olunan məbləğin bir hissəsini artıq qəbul edib və qəbul etməyə davam edəcək. İsrailə gəlmək və təyyarəyə minmək İsrail Daxili İşlər Nazirliyinin əvvəlcədən icazəsi ilə həyata keçirilir.

Əgər Ukrayna vətəndaşı İsrail vətəndaşının dəvəti ilə İsrailə gəlmək istəyirsə, o zaman bu İsrail vətəndaşı elektron sorğudan istifadə edərək Əhali və İmmiqrasiya İdarəsinin saytında dəvət olunan şəxs üçün bəyannamə imzalamalıdır.

İsrailə giriş üçün müraciət edən Ukrayna vətəndaşları İsrail Xarici İşlər Nazirliyinin saytında elektron ərizə doldurmalıdırlar. Ərizəçinin sorğusuna cavab ərizəçinin elektron ünvanına göndəriləcək", - deyə qeyd olunub. 
 
Eyni zamanda, İsrail Ukraynadan olan qaçqınları qəbul etmir.

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak İsrailin ukraynalılarla bağlı qərarını şərh edərkən deyib ki, İsrailin bu addımı təəccüb doğurur və qeyri-dost addımdır:  "Ukraynada sülhün əldə edilməsi üçün göstərdiyi səylərə görə İsrailə minnətdarıq. Bununla belə, İsrail rəhbərliyinin ukraynalıların ölkəyə girişini məhdudlaşdırmağa yönəlmiş son qərarları, yumşaq desək, təəccüb doğurur".

Ağarza Elçinoğlu