Rusiya Mərkəzi Bankının Rusiyadan kənar hesablarda olan 300 milyard dollar vəsaiti artıq Ukrayna üçün rezerv edilib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin müşaviri Oleq Ustenko deyib.
"Keçən il biz ümumi daxili məhsulumuzdan demək olar ki, 200 milyard dollar qazandıq - bu, ölkənin həyatının 2,5 ilidir. Amma artıq bizim üçün ayrılmış 300 milyard dollar var - bunlar Rusiya Mərkəzi Bankının vəsaitləridir. Rusiyadan kənarda olan və bizə gələcək olan hesablar. Bunlar əlavə olaraq fonda daxil olacaq vəsaitlərdir ki, Rusiya elitası deyilən zəbt edilmiş əmlakdan gələcək...", - Ustenko bildirib.
Ukraynanın baş naziri Denis Şmiqal bildirib ki, ilkin hesablamalara görə, Rusiya ilə müharibədən sonra Ukraynanı bərpa etmək üçün 565 milyard dollar lazım olacaq.
Ağarza Elçinoğlu