"Barselona"nın stadionunun adı "Spotify" şirkəti ilə sponsorluq müqaviləsinə görə dəyişilir.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Anlaşma iyuldan etibarən qüvvəyə minəcək və 4 il davam edəcək.
Müqaviləyə əsasən, növbəti mövsümdən "Barselona"nın "Nou Kamp" stadionu "Spotify Nou Kamp" adlandırılacaq.
Qeyd edək ki, 1957-ci ildə tikilən "Nou Kamp" 99 min 354 tamaşaçı tutumuna malikdir.