Rusiya Ukraynada İsveç və ya Avstriya timsalında öz ordusu ilə silahsızlaşdırılmış ölkə yaratmaq ideyasını nəzərdən keçirməyə hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə martın 16-da Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Həqiqətən indi müzakirə olunan və müəyyən kompromis kimi qiymətləndirilə bilən bu variantdır", - Peskov deyib.
Peskovun sözlərinə görə, Ukrayna ətrafında vəziyyəti danışıqlarda razılaşmaların köməyi ilə yaxşılaşdırmaq olar: "Ukrayna ətrafında vəziyyəti Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlarda razılıq əldə etməklə yaxşılaşdırmaq olar".
Qeyd edək ki, Ukraynada İsveç timsalında demilitarizasiya ideyası hələ şərh edilməyib, lakin bu barədə danışıqlarda Rusiya Federasiyasının nümayəndələri bildiriblər.
Ağarza Elçinoğlu