Rusiya ordusu Zaporojye AES-in təlim mərkəzinin binasını tamamilə dağıdıb.
"Unikal" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə "Energoatom" "Telegram" kanalında məlumat verib.
"Energoatom" qeyd edib ki, ruslar Zaporojye AES-in yerində təlim mərkəzinin və 1 nömrəli enerji blokunun xarabalıqları yaxınlığında döyüş sursatlarının bir hissəsini partladıblar. Və onlar Avropanın ən böyük nüvə obyektində növbəti partlayışlar törətməyi planlaşdırırlar.
Ağarza Elçinoğlu