"Ukrayna mədəniyyətini, Ukrayna dilini və Ukrayna xalqının yumorunu özünəməxsus ironiyasına görə sevirəm".
"Unikal"ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibəsi zamanı deyib.
Rusiya XİN başçısı bildirib ki, Rusiyanın Ukrayna xalqına qarşı heç vaxt iddiası olmayıb: "Şəxsən mənim çoxlu ukraynalı dostlarım var. Mən Ukrayna mədəniyyətini - bu yumşaqlığı, Ukrayna dilini, Ukrayna mətbəxini sevirəm, həmişə özünə ironiya ilə yanaşan və tez-tez Ukrayna xarakterinə xas olan hiyləgərliyi ortaya qoyan Ukrayna yumorunu sevirəm.
Əminəm ki, bizim vətəndaşlarımızın böyük əksəriyyətinin Ukrayna xalqına qarşı heç bir iddiası yoxdur, necə ki, Ukrayna xalqının da Rusiya xalqına qarşı heç bir iddiası yoxdur. Lakin (Qərb ölkələri) Ukrayna xalqını “zəiflətməyə” və hər cür yolla ruslara qarşı durmasına təşviq etməyə başladılar".
Ağarza Elçinoğlu