FİFA Ukraynadakı müharibə vəziyyəti lə əlaqədar transfer reqlamentinə dəyişiklik edib.
"Unikal" qurumun rəsmi saytına istinadən məlumatına görə, ukraynalı futbolçuların başqa komandalara keçə bilmələri üçün xüsusi transfer pəncərəsi açılıb.
Bildirilib ki, keçidlər həmin oyunçuların ölkəni tərk etməsinə icazə verildikdən sonra mümkün ola bilər. Bundan başqa, əcnəbi klublar ikidən artıq ukraynalı futbolçunu heyətinə qata bilməyəcək.
Qeyd edək ki, FIFA daha əvvəl əcnəbi futbolçulara Rusiya klubları ilə müqaviləni dayandırmağa icazə verib.