Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatının birinci günündə çoxnövçülük yarışlarında qaliblər müəyyənləşib.
"Unikal" xəbər verir ki, böyüklər (2006-cı il təvəllüdlü və daha böyük) yaş qrupunda Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova Azərbaycan çempionu olub. Arzu Cəlilova yarışı gümüş, İlona Zeynalova isə bürünc medalla başa vurublar.
2007-2009-cu illər təvəllüdlü gənc gimnastların mübarizəsində Mədinə Dəmirova bütün rəqiblərini qabaqlayaraq ölkə çempionu olub. Gövhər İbrahimova gümüş, Məryəm Əliyeva isə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, ayrı-ayrı alətlərdə (top, halqa, gürzlər, lent) final mərhələsi bu gün baş tutacaq.