Qazaxda dələduzluq edən şəxsə cinayət işi başlanılıb.
Bu barədə "Unikal"a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla “Azəriqaz” İB-nin Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsinin sabiq operatoru Bəxtiyar Mehdiyevin iki nəfəri “Təmiz Qaz” QSC-nin Şəmkir Regional Mərkəzinin Qazax bölməsinə işə düzəltmək adı ilə ümumilikdə 5 min 500 manat məbləğində pul alaraq təkrar dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.1-ci maddələri ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir.