Dünyaca tanınmış amerikalı aktyor Brüs Uillis kino karyerasını yekunlaşdırmaq qərarına gəlib.
"Unikal" xəbər verir ki, buna səbəb 66 yaşlı aktyorun xəstəliyi olub. Belə ki, Hollivud ulduzunun demensiya sindromunun ilkin mərhələsindən əziyyət çəkir. Bu sindrom zamanı yaddaş pozğunluğu və düşünmə qabiliyyətinin itirilməsi yaşanır.
Xəstəliyin irəliləməsi səbəbindən aktyor ssenariləri və uzun mətnləri əzbərləməkdə çətinlik çəkir.