Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov növbəti səyyar qəbul keçirib.
"Unikal" xəbər verir ki, Malik İsaqovun növbəti səyyar qəbulu Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 8-ci məhəllədə yerləşən Çardaxlı kənd tam orta məktəbində olub.
Görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri və rayonda fəaliyyət göstərən idarə və müəsissə rəhbərləri iştirak edib.
Qəbulda 5məsələ qaldırılıb. Həmin məsələlərdən 3-ü yerində həll olunub, 2-si isə baxılması üçün nəzarətə götürülüb.
Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov məktəb kollektivi ilə görüşüb, onların problemlərini dinləyib.
Sonda sakinlər Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərdikləri diqqət və qayğıya görə, eyni zamanda rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildiriblər.