Səbail RPİ-nin 39-cu Polis Bölməsinə martın 14-də saat 6 radələrində bir nəfərin Bakı şəhər sakini R.Əhmədxanovu döyərək 100 manatını və 300 ABŞ dollarını alması barədə müraciət daxil olub.
DİN-dən "Unikal"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Şahverənov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.