Belarus prezidenti Aleksandr Lukaşenko Yaponiyanın TBS televiziyasına müsahibə verib.
"Unikal" xəbər verir ki, müsahibəsində Putinlə yaxın dost olduqlarını bildirən Lukaşenko 69 yaşlı Rusiya liderinin “ağlını itirdiyi” iddialarını rədd edib.
“Qərb bu cür gülünc fikirlərdən qurtulmalıdır” deyən Belarus lideri, “Putin əla formadadır, həmişəkindən daha yaxşıdır. Onun tamamilə ağlı başındadır və fiziki cəhətdən sağlamdır. Putin idmançıdır”, - deyə bildirib.