Ukrayna Rusiyanın davam edən hücumlarından sonra Belarusla dəmir yolu əlaqələrinin dayandırıldığını açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Dəmir Yolları İdarə Heyətinin sədri Aleksandr Kamışinməlumst yayıb.
“Rusiya artıq öz texniki avadanlığını Belarus üzərindən qatarla Ukraynaya göndərə bilməyəcək. Çünki Belarus və Ukrayna arasında qatar reysləri ləğv edilib. Məsələnin təfərrüatlarını açıqlamayan vicdanlı belaruslu dostlarımıza da təşəkkür etmək istərdik”.