Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 105 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə göstərilib ki, COVID-19 infeksiyası ilə əlaqədar 295 min 004 nəfər test edilib. Onlardan 17 min 328 nəfərin koronavirus testi pozitiv nəticə verib, 18 min 269 nəfər isə bu xəstəlikdən sağalıb.