ABŞ-ın Çikaqo şəhərində bir oyuncaq firması Ukraynada müharibədən zərər çəkənlər üçün yardım kampaniyası təşkil edib.
"Unikal" xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin oyuncağını istehsal edən firma hər nüsxəni 100 dollardan satışa çıxarıb. İçində Ukrayna bayrağının da olduğu müxtəlif oyuncaqlar isə 20 dollardan alıcı tapıb.