Baham adalarının Mərkəzi Bankı Rusiya aktivləri ilə bağlı məlumatları açıqlayıb.
"Unikal" "Reuters"ə istinadən xəbər verir ki, sahibləri Rusiya Federasiyası ilə əlaqəli olan hesablarda ümumilikdə 3 milyard dollara yaxın vəsait var.
Qeyd olunur ki, Baham adaları yalnız martın 12-də Qərbin sanksiyalarına məruz qalan Rusiya təşkilatları ilə bütün əməliyyatları dayandırıb.
Mərkəzi bank ölkənin maliyyə institutlarında 420 milyon dollar depozit və 2,5 milyard dollarlıq depozitar və ya trast aktivləri "Rusiyada və ya onunla əlaqəli son benefisiar sahibləri ilə" aşkar edib.
Eyni zamanda, bu məbləğə yerli əhali ilə işləyən Baham banklarında saxlanıla bilən heç bir Rusiya aktivinin daxil olmadığı göstərilir.
Xatırladaq ki, Baham adaları Rusiyanın Ukraynaya təcavüzünü pisləyib.
Ağarza Elçinoğlu