Şəkidə 5 otaqlı ev tamamilə yanıb.

"Unikal" xəbər verir ki, yanğın hadisəsi gecə saatlarında rayonun Oraban kəndində, kənd sakini Lətifov Vüqar Şəfaqət oğluna məxsus, birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev icərisindəki əşyaları tamamilə yanıb. Evə bitişik tikilən digər tikililər yanğından mühafizə olunub. 
Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.