“Doğma Azərbaycanımızın milli ənənələrini yaşadan Novruz bayramını Ağdamda qeyd etməyin qürurunu yaşayırıq”.
"Unikal" xəbər verir ki, bunları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Twitter" hesabında yazıb.
“Bayram sevincini Qarabağla bir yaşamağın dadı başqadır. Novruz bayramımız mübarək olsun!”, - Emin Hüseynov əlavə edib.