Türkiyəli aktrisa Pınar Denizin "Yargi"dakı tərəf müqabili Kaan Urgancıoğlu ilə sevgili olduğu iddia edilib.
"Unikal" xəbər verir ki, ekran işində Ceylin obrazını canlandıran aktrisa deyilənlərə cavab verib. Pınar İstanbulda Nişantaşı səmtində obyektivlərə tuş gəlib.
Deniz "Serial gözəl gedir, reytinqlər yüksəkdir. Hamı sevərək izləyir. Bu da məni xoşbəxt edir. Serialdakı vəkil obrazını sevdim. Yaxın günlərdə qarşınıza vəkil olaraq çıxa bilərəm", - deyə söyləyib.
Aktrisa qadınların alçaldığı, gücsüz göstərildiyi layihələrdən imtina etdiyini vurğulayıb.
Kaanla sevgil olmaları sualına isə Pınar "Heç bir münasibətim yoxdur. Bu günlərdə ancaq işimlə məşğulam", - cavabını verib.