İntensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
"Unikal" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, FHN-in qüvvələri tərəfindən Cəlilabad rayonunun Göytəpə şəhəri və Lənkəran şəhərində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilib.