Amerika Kino Sənəti və Elmləri Akademiyası 94-cü “Oskar” mükafatının qalibləri açıqlayıb.
"Unikal" xəbər ki, mərasim Los-Ancelesdə baş tutub. Belə ki, aldığı mükafatların sayına görə lider baş rolda Timoti Şalamenin çəkildiyi, rejissor Deni Vilnevin “Dune” filmi olub. Ekran işi “Ən yaxşı montaj”, “Ən yaxşı orijinal saundtrek”, “Ən yaxşı quruluşçu rəssam işi”, “Ən yaxşı səs”, “Ən yaxşı vizual effektlər”, “Ən yaxşı operator işi” nominasiyalarında qalib olub.
- Digər nominasiya və qaliblərin siyahısı
“Ən yaxşı film” – “CODA: Child of Deaf Adults”;
“Ən yaxşı kişi rolu” – Uill Smit (“King Richard”);
“Ən yaxşı qadın rolu” – Cessika Çesteyn (“The Eyes of Tammy Faye”);
“Ən yaxşı rejissor” – Ceyn Kempion (“The Power of the Dog”);
“Ən yaxşı ikinci plan kişi rolu” – Troy Kotsur (“CODA: Child of Deaf Adults”);
“Ən yaxşı ikinci plan qadın rolu” – Ariana DeBos (“West Side Story”);
“Ən yaxşı əcnəbi film” – “Drive My Car”;
“Ən yaxşı animasiya filmi” – “Encanto”;
“Ən yaxşı sənədli film” – “Summer of Soul”;
“Ən yaxşı kostyumlar” – “Cruella”;
“Ən yaxşı qrim və saç düzümləri” – “The Eyes of Tammy Faye”;
“Ən yaxşı saundtrek” – Billi Ayliş (“No Time To Die”);
“Ən yaxşı qısametrajlı oyun filmi” – “Long Farewell”;
“Ən yaxşı qısametrajlı animasiya filmi” – “The Windshield Wiper”;
“Ən yaxşı qisametrajlı sənədli film” – “The Queen of Basketball”;
“Ən yaxşı orijinal ssenari” – “Belfast”;
“Ən yaxşı uyğunlaşdırılmış ssenari” - “CODA: Child of Deaf Adults”.