Bu il Azərbaycanda Fərrux adı verilən uşaqların sayı açıqlanıb.

"Unikal"ın məlumatına görə, cari ilin əvvəlindən bu günə qədər 5 uşağa Fərrux adı verilib.

Ötən il 18 , son 5 ildə isə yeni doğulan 89 körpəyə Fərrux adı verilib. 

Qeyd edək ki, son günlər Fərrux adı ölkəmizdə çox səsləndirilir. Bu, Xocalı rayonunun Fərrux kəndinin Azərbaycanın tam nəzarətinə keçməsi ilə bağlıdır.