Amerikalı aktyor Uill Smit “Oskar” mükafatlarının təqdimetmə mərasimi zamanı tədbirin aparıcısı, komediya ustası Kris Roka sillə vurduğuna görə ondan üzr istəyib.
"Unikal" xəbər verir ki, bu barədə aktyor öz “Instagram” səhifəsində paylaşım edib.
“Səndən ictimai şəkildə üzr istəmək istəyirəm, Kris, özümdən çıxdım və səhv etdim. Çox utanıram. Hərəkətlərim özümü görmək istədiyim insanın davranışına uyğun gəlmirdi”, - U.Smit yazıb.
Qeyd edək ki, ötən gün “Oskar” mərasimi zamanı qalmaqal yaşanıb. Səhnədə olan aktyor Kris Rok komediya ustası Uill Smitin həyat yoldaşı Cada Pinkett-Smitin saçı ilə bağlı zarafat edib. Buna reaksiya verən Uill Smit səhnəyə qalxıb və Rokun üzünə sillə vuru