“Qarabağda mövcud olan 260 min ha ərazinin 226 mini meşə örtüyü ilə örtülüdür. İlkin tədqiqatlara görə, ərazinin 56 min ha hissəsi məhv edilib”.
"Unikal" xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev deyib.
Onun sözlərinə görə, əkin işləri aparılan zaman həmin ərazilərin planlama işləri görüləcək:
“Bəllidir ki, Qarabağda fərqli yüksəkliklər və meşə cinsləri var. Ona görə də əraziyə uyğun bitkilərin əkilməsi nəzərdə tutulub. Planda var ki, builki yaz əkin dövründə 100 ha ərazidə əkin işləri aparılsın. Araz palıdı, uzunsaplaq palıd və Şərq vələsinin əkilməsinə üstünlük veriləcək”.