Ukrayna Silahlı Qüvvələri Berdyansk limanında Rusiyaya məxsus "Saratov" desant gəmisini məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin general-mayoru Viktor Yaqun məlumat yayıb.

O bildirib ki, gəmi "Toçka-U" raketi ilə vurulub.

Generalın sözlərinə görə, müharibə başlayandan bəri Ukrayna Silahlı Qüvvələri bir neçə belə əməliyyat keçirib.