Azərbaycanda yerli sənaye istehsalının təşviqi və ixrac potensialının artırılması nəticəsində bu ilin yanvar-fevral aylarında sənaye zonalarındakı müəssisələr tərəfindən 436 mln. manat dəyərində məhsul satışı həyata keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Nazir bildirib ki, bu məbləğin 191 mln. manatı ixracın payına düşüb:
“Sənaye zonaları üzrə məhsul satışı 2021-ci ilin eyni dövrünə nisbətən 76%, ixrac isə 138% artıb”.