Beren Saat və Kənan Doğulu Ankarada keçirilən EKO İKLİM İqtisadiyyat və İqlim Dəyişikliyi Sammiti və Sərgisində "İqlim səfiri" seçiliblər.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur cütlük “İqlim səfiri” lövhəsinə layiq görülüblər. Mükafatı aldıqdan sonra çıxış edən aktrisa Beren Saat, təhsil sistemi, hicab və siyasətlə bağlı diqqətçəkən açıqlamalar verib. Türkiyənin sənətdə və idmanda geri qaldığını bildirən aktrisa “Tələbələr qarınlarını doyurmamış dərslərinə gedirlər” deyib.
Zərifliyi ilə bütün diqqətləri üzərinə çəkən Saat çıxışı ilə sosial mediada adından söz etdirib.
Sözlərinə “Tələbəlik illərində hicabın üstünə parik taxmaq məcburiyyətində qalan qrup yoldaşlarım var idi və ötən illərdə təhsildə bərabərlik əldə olunduğu üçün hamımız çox sevinirik. Amma sonralar qadın paltarından siyasi material kimi istifadə olunur, təhsil sistemimiz korlanır. Biz həmişə Qərbə üz tutmuşuq, indi bir az Şərqə baxaq. Bu gün ölkəmizin ən dəyərli universitetləri insanların göz yumduğu üçün nüfuzunu itirir. Tələbələr qarınlarını doyura bilmədən dərslərinə gedirlər. Türkiyə texnologiya və informatika sahəsində dünyadan geri qalır, hər il yüzlərlə qadının yaşamaq hüququ qadın qətlində əlindən alınır. Türkiyə incəsənət və idmanda qan tökməyə başlayıb. Qadınlar qorxur,gənclər ümidsizdir,insanlarımız getdikcə mədəniyyətsizləşib.İndi buna bənzər "Üsyanlarımız iqlim üçündür".Planetimiz bizi yanğınlar və daşqınlarla xəbərdar etməyə çalışır.Təmiz dənizin üstündə selik durur. Universitet tələbəsinin nurlu zehnini örtməyə çalışan hicab və parik kimi”.
Beren Saatdan sonra həyat yoldaşı müğənni Kənan Doğulu tribunada çıxışında musiqi işçilərini çətin vəziyyətə saldığını bildirərək, gecə saat 00.00-da bitməli olan musiqiyə qoyulan qadağanın aradan qaldırılmasını səlahiyyətlilərdən xahiş edib.
Gülayə Mecid