Göygöldə yanğın hadisəsi baş verib.
"Unikal" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Göygöl rayonunun Üçtəpə kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli evin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.