Azərbaycan yanvar-fevral aylarında ən çox Türkiyədən məhsul idxal edib.
Dövlət Gömrük Komitəsindən "Unikal"a verilən məlumata görə, iki ayda ölkəyə ən çox Türkiyə, Çin və Rusiyadan məhsul idxal olunub. Türkiyədən idxalın dəyəri 312,2 milyon ABŞ dolları, Çindən 300,6 milyon dollar, Rusiyadan isə 282,3 milyon dollardır.