Yanvar-fevral aylarında Azərbaycana 125 milyon 433 min ABŞ dolları dəyərində 11 min 145 avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsindən "Unikal"-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 87-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 10 min 340-ı əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 668-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 50-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.