Türkiyənin Ceyhan neft terminalından Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə nəql olunan neftlə yüklənmiş 5 mininci tanker yola salınıb.
"Unikal" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu "BOTAŞ International Limited" (BIL) şirkətinin baş direktoru Nadim Ekiz deyib.
Qeyd edək ki, BTC ilə Ceyhan terminalına nəql olunan Azərbaycan nefti oradan tankerlərlə dünya bazarlarına yola salınır.
"BOTAŞ International Limited" (BIL) şirkətinin məlumatına əsasən, Bakı-Tbilisi-Ceyhan neft kəməri işə salınandan bu günədək tankerlər dünya bazarına 3,813 milyard barel xam neft nəql edib.