Kimliyi və sənətkarlığı ilə seçilən İbrahim Tatlısəs yemək sahəsində də irəliləməyə başlayıb.
"Unikal" xəbər verir ki, "Çiğ Köfte" markasına sahib olan İbrahim Tatlıses son dövrdə məşhurlaşan restoran sahiblərdən Czn Burak və Nusreti hədəf alıb. O, Czn Burak və Nusret haqqında "Bazara mənim sayəmdə gəldilər, məşhurlaşdılar" - deyə ifadəsini işlədib.
Bununla yanaşı Tatlısəs "1984-cü ildən mənim restoranım var. Heç kəsi rəqib görmürəm. Onlar kimi sudan istifadə etmirik. Mən bunu sübut edərdim. Görünür camaata palçıq satırlar”, - deyə ifadə edib.
Gülayə Mecid