Həbsdə olan İmişli Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev işdən çıxarılıb.
"Unikal"-ın əldə etdiyi məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrlə Qubadlı rayon prokurorluğunun müstəntiqi Məhəmməd Hacıyev tutduğu vəzifədən azad edilib.
Baş Prokurorluğun Mətbuat xidməti "Unikal"-a xəbəri təsdiqləyib.
Seymur Əli