“Gürcüstan Bankı”nın filialını qarət edən iki nəfər saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aprelin 1-də axşam saatlarında avtomat və tapança ilə silahlanmış iki nəfər banka hücum edib. Xəzinədarı silahla hədələyən cinayətkarlar bankdan külli miqdarda pul oğurlayıblar. Bank gözətçisinin açdığı atəş nəticəsində hər iki qarətçi yüngül yaralansa da, qaçmağa nail olub.
Polis isti izlərlə cinayətkarları yaxalayıb, onlardan avtomat və tapança, eləcə də oğurladıqları pulun bir hissəsini sübut kimi götürüb. Qalan pulların tapılması və cinayətdə digər şəxslərin iştirakının mümkünlüyünü araşdırmaq üçün əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
***09:17
Gürcüstanın paytaxtı Tbilisinin Samqori rayonunda “Gürcüstan Bankı”nın filialına silahlı basqın olub.
"Unikal" xəbər verir ki, maskalı şəxs odlu silahla banka daxil olub və pul tələb edib. Silahı şəxs xeyli pul götürərək qaçıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, əməliyyat-istintaq tədbirləri aparılır.