Dünya birjalarında neft qiymətləri azalıb.
"Unikal" xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,32 dollar ucuzlaşaraq 104,39 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,01 dollar azalaraq 99,27 dollar olub.