Aprelin 2-də mülki şəxslərin təxliyəsi üçün Ukraynada 7 humanitar dəhliz açılıb.
"Unikal" xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk deyib.
Onun sözlərinə görə, bu gün Mariupoldan və Berdyanskadan Zaporojye şəhərinə humanitar dəhlizlərin açılması razılaşdırılıb.
Bundan başqa Ukraynanın şərq hissəsinin digər “qaynar nöqtələrin”dən də təxliyə həyata keçirilməsi barədə razılığa gəlinib.