Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan indiyədək 158 uşaq həlak olub, 254 uşaq isə yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun bəyanatında bildirilib.
Qeyd edilib ki, ən çox Kiyev, Donetsk, Xarkov, Çerniqov və Nikolayev regionlarında yaşayan uşaqlar müharibənin qurbanına çevriliblər.