Roma Papası Fransisk Ukraynaya getmək imkanlarını nəzərdən keçirdiyini bildirib.

"Unikal" xəbər verir ki, Maltaya apostol səfərinə gedən Roma Papası bu barədə Amerikanın NBC NEWS telekanalının jurnalisti Klaudio Lavanqanın sualını cavablandıran zaman deyib.

Bir qədər əvvəl yayılmış məlumata görə, son həftələr pontifik Ukrayna paytaxtına səfər etmək barədə dəvətnamələr alıb. Onlardan biri də Kiyev meri Vitali Kliçko tərəfindən göndərilib.