Rusiya Bankının (Mərkəzi Bank) və prezident Vladimir Putunin yaxın çevrəsinin sanksiyalar nəticəsində dondurulan hesablarından 400 milyard ABŞ dolları Ukraynanın bərpasına yönəldilə bilər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə üzrə müşaviri Oleq Ustenko deyib.
Onun sözlərinə görə, ölkəsi ümid edir ki, həmin pulları müharibənin nəticələrinin aradan qaldırılması üçün yaradılmış xüsusi fondun hesablarına cəlb edə biləcək.