İrəvan şəhərində silahlı insident baş verib.

"Unikal" shamshyan.com saytına istinadən xəbər verir ki, insident günorta saatlarında Ermənistan paytaxtının mərkəzində yerləşən evlərdən birinin həyətində qeydə alınıb.

Hadisə nəticəsində güllə yarası almış 43 yaşlı və 35 yaşlı iki kişi xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları insidenti törətməkdə şübhəli bilinən şəxsin kimliyi barədə məlumata malikdir.

Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.