Azərbaycanda VVAQ şöbəsi yeni doğulmuş körpəyə Volodimir adının qoyulmasına rədd cavabı verib.
"Unikal" xəbər verir ki, bu barədə tanınmış həkim Səxavət Əlisoy məlumat verib.
Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin yerli VVAQ şöbəsi Volodimir adının milli olmadığını əsas gətirərək, valideynlərdən körpəyə başqa ad seçməyi tələb edib.
Qeyd edək ki, həmin körpənin valideynləri övladlarına Ukrayna Prezidenti Volodimir Zelenskinin şərəfinə bu adı vermək istəyiblər.